13 dekabr 2010 17:24
Braziliyalı futbolçu 3-cü dəfə “Qızıl unitaz”a layiq görüldü
İtaliya A Seriyasının cari mövsümünün ən uğursuz futbolçusu müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu ölkədə məhz ən uğursuz çıxışıyla diqqət çəkən futbolçular üçün təsis olunan “Qızıl unitaz” mükafatı `Roma`nın braziliyalı hücumçusu Adrianoya “qismət olub”.
Qeyd edək ki, bu mükafatın sahibi azarkeşlər arasında keçirilən sorğuya əsasən müəyyənləşdirilir. Cari mövsüm bu nominasiyaya layiq bir neçə futbolçu olsa da, sonda azarkeşlər daha çox braziliyalı forvardı buna layiq bilib. Onların fikrincə, yayda `Flamengo`dan `Roma`ya transfer olunan bu hücümçu İtaliya çempionatında cari mövsümün ən uğursuz futbolçusudur. Ən maraqlısı isə odur ki, Adriano 2006 və 2007-ci illərdə də “Qızıl unitaz”a layiq görülüb. Bu mənada cari mövsüm üçün braziliyalının əsas izləyiciləri isə `Juventus`un hücumçusu Amauri və `Milan`ın yarımmüdafiəçisi Ronaldinyo olub.
