13 dekabr 2010 18:00
Yoldaşlıq oyununun vaxtı dəyişdirildi
Xəbər verdiyimiz kimi, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Qətərdə keçirilən təlim-məşq toplanışı çərçivəsində bu gün Bakı vaxtı ilə saat 18:15-də Qətərin U-23 yığması ilə qarşılaşmalı idi. Lakin azerisport.az saytının xəbərinə görə, qarşı tərəfin təklifi ilə oyun 18:15-də yox, 18:30-da başlayacaq.
