13 dekabr 2010 18:37
`Beşiktaş` Fernandesi gətirdi, sırada Almeyda və Simaodu
Türkiyənin `Beşiktaş` klubu qış transfer pəncərəsinin açıqlamasına vaxt qalmasına baxmayaraq, artıq indidən bu yöndə ciddi işlər aparmağa başlayıb. Azerisport.az xəbər verir ki, digər rəqiblərindən kifayət qədər fəallığı ilə fərqlənən İstanbul klubu artıq uzun müddətdir danışıqlar apardığı Manuel Fernandesi Türkiyəyə gətirməyə nail olub. Bundan əlavə klub rəhbərliyi heyətə qatmaq istədikləri daha iki ünlü futbolçunun adını da ictimaiyyətə açıqlayıb.
`Beşiktaş`ın demək olar ki, bütün məsələlərdə anlaşdığı İspaniyanın `Valencia` klubunun portuqaliyalı hücumçusu Fernandes artıq bu gün İstanbula gətirilib. Həmişəki kimi, böyük azarkeş ordusunun qarşıladığı yeni oyunçunun öncə müayinədən keçiriləcəyi bildirilir. Qeyd edək ki, 1986-cı il təvəllüdlü Fernandes `Porsmouth`, `Everton` və `Valencia`da forma geyib. 6 dəfə Portiqaliya millisində də forma geymiş futbolçunun həmyerlisi Kuaresmayla birgə `Beşiktaş`da çıxış edəcəyi artıq böyük ölçüdə həllini tapıb və qarşıdakı günlərdə tərəflərin rəsmi müqaviləyə imza atacağı gözlənilir.
Klubun rəsmi saytı bu gün daha iki ünlü futbolçuyla danışıqlar apardıqlarını da bəyan edib. Bunlar `Werder`in oyunçusu Huqo Almeyda və `Atletico Madrid`in üzvü Simao Sabrosadır. Rəsmi məlumatda bildirilir ki, bu iki futbolçunun da qış transfer dönəmində komandaya cəlb olunması üçün danışıqlara başlanılıb.
