13 dekabr 2010 19:46
`Gəncə`nin prezidenti: Qışda güclənəcəyik
`Gəncə` futbol klubunun prezidenti Elmir Əliyev komandasının cari mövsüm sərgilədiyi performansı dəyərləndirib. Azerisport.az saytına açıqlamasında klub rəhbəri bunları dilə gəririb:
“Bilirsiz ki, bu, bizim uzunmüddətli fasilədən sonra Premyer Liqadakı ilk mövsümümüzdü. Hazırda 8-ci pillədəyik və ilk “altılığ”a düşmək üçün mübarizəmizi davam etdiririk. Komandamdan razıyam. Qışda heyəti gücləndirməyi də düşünürük”.
