13 dekabr 2010 11:14
Foqts iki futbolçunu millinin heyətindən çıxardı
Bu gündən etibarən Bakı şəhərində Azərbaycan milli komandasının təlim-məşq toplanışı başlayıb. Lakin millimiz öncədən nəzərdə tutulan tam heyətlə hazırlıq keçə bilmir.
Məsələ burasındadır ki, zədəli olduğu üçün iki futbolçu – AZAL-dan Aqil Nəbiyev və `Neftçi`nin üzvü Amit Quluzadə – əsas komandamızın hazırlıq prosesində iştirak etməyəcək.
