13 dekabr 2010 11:23
Azərbaycan yığması bu gün Qətər millisiylə qarşılaşacaq
Xəbər verdiyimiz kimi, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Qətərdə təlim-məşq toplanışındadır. Azerisport.az xəbər verir ki, hazırlıq prosesi çərçivəsində yığmamız bu gün yoldaşlıq oyunu keçirəcək.
Komandamızın rəqibi Qətərin U-23 yığması olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 18:15-də başlayacaq.
