13 dekabr 2010 11:58
Didye Deşam Fransada ən yaxşı seçildi
`Marseille` klubunun baş məşqçisi Didye Deşam Fransada ilin məşqçisi seçilib. Azerisport.az xəbər verir ki, ünlü “France Football” nəşrinin keçirdiyi sorğuda bütün həmkarlarını qabaqlayan marsellilərin çalışdırıcısı ən yaxşı məşqçi adına layiq görülüb.
Maraq üçün qeyd edək ki, Fransa millisinin keçmiş üzvü artıq məşqçilik karyerasında ikinci dəfədir ki, belə mükafata sahib çıxır. Çünki o, 2003-cü ildə `Monaco`nun sükanı arxasında da eyni mükafata layiq görülmüşdü.
