13 dekabr 2010 00:06

Eto`o, Droqba və Qyan: Afrikada ilin futbolçusu bunlar olacaq

Afrikada ilin futbolçusu nominasiyasına 3 əsas namizədin adı müəyyənləşib. Azerisport.az xəbər verir ki, 1995-ci ildən təşkil olunan bu mükafata hazırda `Chelsea`də çıxış edən Didye Droqba, `Sanderlend`də forma geyən Asamoa Qyan və `İnter`in hücumçusu Samuel Eto`o əsas namizəddir.
 
Qeyd edək ki, mükafatın sahibi Afrika Futbol Konfederasiyasının üzvü olan 53 ölkənin milli komandalarının baş məşqçilərinin verəcəyi səslərlə dekabrın 20-də müəyyənləşəcək. Maraq üçün xatırladaq ki, bu mükafata namizədlərdən Droqba 2006 və 2009-cu illərdə onu iki dəfə qazana bilib. Eto`o isə ondan da çox - 2003, 2004 və 2005-ci illərdə Afrikada ilin futbolçusu seçilib. `Sunderland`in hücumçusu Qyan isə ilk dəfə bu imkanı qazanır.
 
Bütövlükdə indiyə qədər Afrikada ilin futbolçusu seçilən oyunçular bunlardır:
 
1995: Corc Vea
1996: Nuankuo Kanu
1997: Viktor İkpeba
1998: Mustafa Haci
1999: Nuankuo Kanu
2000: Patrik Mboma
2001: Ə Haci Diuf
2002: Əl Haci Diuf
2003: Samuel Eto'o
2004: Samuel Eto'o
2005: Samuel Eto'o
2006: Didye Droqba
2007: Frederik Kanute
2008: Emmanuel Adebayor
2009: Didye Droqba

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.