13 dekabr 2010 12:04
Yığmamız 3 oyuna 31 qol vurub, 16-nı buraxdı
Eşitməqüsurlu əlillərdən ibarət Azərbaycan millisi Latviyanın paytaxtı Riqada bir neçə oyun keçirib. Azerisport.az xəbər verir ki, millimiz `Riqa` klubu ilə keçirdiyi yoldaşlıq oyununda 12:7 hesabı ilə qalib gəlib.
Komandamız Riqada Latviyanın `Latgale` və `Riqa` komandalarının iştirak etdiyi mini-turnirdə də qüvvəsini sınayıb. Əvvəlcə `Riqa` ilə qarşılaşan futbolçularımız 4:5 hesabı ilə məğlub olub. `Latgale` komandası ilə qarşılaşmada isə millimiz 15:4 hesablı qələbə qazanıb.
