13 dekabr 2010 00:12
“Mən Mixayliçenko yox, `Neftçi` barədə düşünürəm`
`Neftçi` futbol klubunun baş məşqçisi Arif Əsədov azerisport.az saytına müsahibəsində komandaya Aleksey Mixayliçenkonun rəhbərlik edəcəyi barədə gəzən söz-söhbəti şərh edib:
“Əgər Ukrayna mətbuatı Mixayliçenkonun təyinatı haqda yazıbsa, siz cavabı `Neftçi` rəhbərliyindən öyrənə biləsiniz. Mənə gəlincə, komandanın hazırlığı ilə maraqlanıram. Hamı komandanın necə oynadığını görür. Bir məğlubiyyətə görə hər şeyin ütündən xətt çəkmək olmaz. Məni əvəz edəcəkləri barədə yeniliklər mənə kömək edir. Bu adrenalin kimidir. Əmin olun, mən iş barədə düşünürəm, Mixayliçenko haqda yox”.
