13 dekabr 2010 00:48
“Neftçi üzərindəki qələbə bizi problemlərimizdən uzaqlaşdıracaq”
`Bakı`nın yarımmüdafiəçisi Aleksandr Şoliç Premyer Liqanın 17-ci turu çərçivəsində keçirilən `Neftçi` ilə oyun haqda fikirlərini bölüşüb. Azerisport.az saytına müsahibəsində legioner futbolçu paytaxt derbisində qazandıqları 2:0 hesablı qələbəylə bağlı bunları söyləyib:
“Bu əla bir qələbə oldu. Qazanılan uğurun bizi problemlərimizdən bir qədər uzaqlaşdıracağına inanıram. Düşünürəm ki, biz qələbəni haqq edirdik. Qələbimiz klub prezidenti Hafiz Məmmədova həsr edirəm. Bilirəm ki, o, komandanı hədsiz dərəcədə çox sevir”.
