14 dekabr 2010 12:57
`İnter`in “Birlik Kuboku”ndakı rəqibləri müəyyənləşdi
Bu gün nəhayət ki, “Birlik Kuboku”nun püşkatma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, gələn ilin yanvar ayında Sankt-Peterburqda keçiriləcək turnirin püşkatması Azərbaycan çempionu `İnter`i Moldova (İskra-Stal), Qırğızıstan (Neftçi) və Tacikistan (İstiklol) komandaları ilə üz-üzə qoyub.
Qeyd edək ki, bu `İnter`in “Birlik Kuboku”nda ikinci iştirakıdır. İlk dəfə 2009-cu ildə sözügedən turnirə qatılan Azərbaycan çempionu yarımfinala kimi irəliləyə bilmişdi.
Qeyd edək ki, `İnter`lə yanaşı bu yarışda `Bunedkor` (Özbəkistan), `Ekranas` (Litva), `Şaxtyor` (Ukrayna), `Skonto` (Latviya), `Şaxtyor` (Belarus), `Flora` (Estoniya), `Mika` (Ermənistan, `Nebitçi` (Türkmənistan), `Tobol` (Qazaxıstan), HİK (Finlandiya), `Zenit` (Rusiya) və Rusiyanın gənclərdən ibarət milli komandası da mübarizə aparacaq.
