14 dekabr 2010 13:19
“Birlik Kuboku”nun bütün qruplarının tərkibi
Bu gün Moskvada “Birlik Kuboku”nun püşkatma mərasimi baş tutub. Azerisport.az xəbər verir ki, Azərbaycan çempionunun (İnter) da qatılacağı və gələn ilin yanvar ayının 14-dən 23-dək Sankt-Peterburqda keçiriləcək turnirin püşkatması nəticəsində iştirakçılar aşağıdakı qruplar üzrə mübarizə aparmaq hüququ qazanıblar:
A qrupu: İnter (Azərbaycan), İskra-Stal (Moldova), İstiklol (Tacikistan), Neftçi (Qırğızıstan).
B qrupu: Tobol (Qazaxıstan), Skonto (Latviya), Mika (Ermənistan), Bunedkor (Özbəkistan).
C qrupu: Zenit (Rusiya), Nebitçi (Türkmənistan), Şaxtyor (Belarus), Flora (Estoniya).
D qrupu: Rusiyanın gənclərdən ibarət yığması, Dinamo (Ukrayna), HİK (Finlandiya), Ekranas (Litva).
