14 dekabr 2010 01:18
Premyer Liqa klubu baş məşqçisini qovdu
İngiltərənin `Blackburn` klubunun rəhbərliyi baş məşqçi Sam Allardys və yardımçısı Neyl Makdonaldı komandadan qovub. Azerisport.az xəbər verir ki, bu haqda məlumat klubun rəsmi saytı vasitəsilə yayılıb.
Məhz həmin rəsmi açıqlamada bildirilir ki, ayrılığa səbəb klubun gələcək planları ilə bu məşqçinin prinsiplərinin üst-üstə düşməməsi olub. Klub rəsmiləri Allardaysı müvəqqəti olaraq Stiv Kinin əvəzləyəcəyini, lakin qısa zaman içində yeni baş məşqçiylə anlaşacaqlarını da vurğulayıblar.
Qeyd edək ki, bu mövsüm 17 matçda 21 xal toplayan `Blackburn` hazırda 13-cü sırada pillədə qərarlaşıb.
