14 dekabr 2010 13:31
`Neftçi`nin hücumçusu David Vilyadan öndə
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2010-cu ildə milli çempionatlarda ən azı 20 qol vuran oyunçuların siyahısını açıqlayıb. Azerisport.az xəbər verir ki, siyahıda yer alan futbolçular arasında yalnız `Neftçi`nin hücumçusu Emil Mpenzaya rast gəlmək olar. Ötən mövsüm İsveçrənin `Syon` klubunda 28 oyunda 21 qol vuran belçikalı forvard hazırda 38-ci pillədə qərarlaşıb. Ötən ayla müqayisədə 6 pillə geriləyən paytaxt klubunun hücumçusu buna baxmayaraq `Barcelona`nın üzvü David Vilyanı qabaqlayır.
