14 dekabr 2010 01:32
“Mirça Rednikdən zəng gözləyirəm”
Buxarest `Dinamo`sunun yarımmüdafiəçisi Adrian Kristea `Xəzər Lənkəran`ın düşərgəsində olmaq istəyini etiraf edib. Azerisport.az xəbər verir ki, o, bu haqda Rumıniya mətbuatına müsahibəsində açıqlama verib:
“Mən `Timişoara`ya keçiddən imtina etdim. Çünki, öz ölkəmdə yox, xaricdə oynamaq istəyirəm. Yanvarda karyeramı harada davam etdirəcəyimi görəcəyik. Xaricdən gələn təkliflərdə maraqlıyam və Mirça Rednikdən zəng gözləyirəm”.
