14 dekabr 2010 13:47
Bahodir Nasimov: Mən ona ancaq bunu dedim
`Neftçi`nin hücumçusu Bahodir Nasimov Premyer Liqanın 17-ci turunda `Bakı` ilə oyunda baş verən qalmaqala münasibətini açıqlayıb. Azerisport.az saytına açıqlamasında özbəkistanlı hücumçu “zolaqlılar”ın oyunçusu İbrahim Karqbonun ittihamlarını cavablandırarkən bunları söyləyib:
“Bakı ilə oyundan sonra mətbuatı izləyirəm. Elə bil ki, mən oyunboyu onun ünvanına irqçi sözlər işlətmişəm. İnanın ki, mən elə də böyük olmayan karyeram boyu heç vaxt elə sözlər deməmişəm. Onun dedikləri sadəcə uydurmadı. O, bütün oyunboyu özünü kloun kimi aparırdı. Mən ona ancaq bunu demişəm”.
