14 dekabr 2010 13:56
Nikolov: Rusiyalı dələduzlar bizim bu turnirdəki iştirakımıza mane ola bilməz
Son Azərbaycan çempionu `İnter`in prezidenti Georgi Nikolov gələn il qatılacaqları “Birlik Kuboku”nda rusların təzyiqindən çəkinmir. Azerisport.az saytına müsahibəsində o, şimal qonşularımızın qafqazlılara bəslədiyi xoşagəlməz münasibətdən çəkinmədiklərini iddia edib:
“Rusiyalı dələduzlar bizim “Birlik Kuboku”ndakı iştirakımıza mane ola bilməz. Mən inanıram ki, Rusiya Futbol İttifaqından olan dostlarımız turnir iştirakçılarının təhlükəsizliyini ən üst səviyyədə təşkil edəcək”.
