14 dekabr 2010 14:11
AFFA XL, `İnter` və `Bakı`nı cərimələdi
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələr nəticəsində Premyer Liqanın 17-ci turunda baş verən olaylarla bağlı aşağıdakı qərarlar çıxarılıb:
`Muğan` – MOİK matçının 90+3-cü dəqiqəsində MOİK-in futbolçusu Elçin Həşimov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
`Xəzər Lənkəran` – `Gəncə` matçında XL-nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
`Neftçi` – `Bakı` matçında `Bakı`nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
`İnter` – AZAL matçında `İnter`in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
