14 dekabr 2010 14:45

Georgi Nikolov: Azərbaycan klubları üçün bu turnir Çempionlar Liqasıdır

Son Azərbaycan çempionu `İnter`in prezidenti Georgi Nikolovun azerisport.az saytına müsahibəsi
 
- “Birlik Kuboku”nun püşkünə əsasən komandanız Qırğızıstan `Neftçi`si, Moldova `İskra-Stal`ı və Tacikistanın `İstiklol` klubuyla eyni qrupda yer aldı. Rəqiblərinizi necə dəyərləndirərdiniz?
- Buna dəqiq fikir bildirmək üçün gərək həmin rəqiblər haqda kifayət qədər informasiya toplayaq. Ancaq hələlik bizdə həmin informasiyalar yoxdu. Ancaq biz bütövlükdə Moldova futbolunun vəziyyətini az-çox bilirik. `Şerif` kimi Avropa Liqasında uğurlu təmsilçisi var. Taciklər bu turnirdə ciddi uğurlar qazana bilməsə də, demək olmaz ki, “İstiklol” zəif komandadı. Qırğızlara gəlincə, `Neftçi` adlı komandanın zəif olması mümkün deyil. Deməli yaxşı maliyyə dəstəkləri var.
 
- Püşkün nəticələrindən sonra siz yəqin ki, Sankt-Peterburqa qələbə dalınca gedəcəyinizi bir daha düşündünüz...
- Biz bu qrupdan lider kimi çıxmaq istəyirik. Bu bizim 1/4 finalda nisbətən zəif rəqiblə düşməyimizə şərait yaradacaq. Ondan sonra isə biz çempionluq haqda düşünə bilərik.
 
- Razısız ki, sizin qrup digərlərilə müqayisədə ən zəifidi?
- Yenə də deyirəm ki, bu suala cavab vermək üçün bu rəqibləri yaxından öyrənmək çox vacibdi. Təbii ki, `Tobol`, `Skonto`, `Bunedkor` kimi klubların cəmləşdiyi B qrupu daha çətindi. Ancaq biz istənilən halda “Birlik Kuboku”nun qalibi olmaq istəyirik.
 
- 2009-cu ildəki çıxışınız təcrübə baxımından kömək edə bilərmi komandaya?
- Keçən dəfə təəssüf ki, bizə qələbə qazanmaq nəsib olmadı. `İnter`in ovaxtkı baş məşqçisi Valentin Xodukin hətta Bakıya qayıdandan sonra mənə dedi ki, “Georgi, gələn il bir daha cəhd etmək lazımdır”. Ancaq növbəti il alınmadı və indi də baş məçqçimiz Valentin Mixayloviç deyil. Ancaq bunun elə də ciddi fərqi yoxdu.
 
- Ümumiyyətlə bu turnir Azərbaycan çempionuna nəyə görə lazımdı?
- Azərbaycan klubları üçün bu turnir Çempionlar Liqasıdır. Buna görə də əsl Çempionlar Liqasında uğur qazanmaq haqda düşünməyimiz hələ çox tezdir.
 
- Rusiyada baş verən son xoşagəlməz olaylar sizin bu turnirdən imtinanıza səbəb ola bilməz ki?
- Xeyr, biz imtina etməyi planlaşdırmırıq. Əsas xoşagəlməz olaylar onsuz da Moskvada baş verir. Sankt-Peterburqda isə əsl aristokrat ab-havası olur. Həm də mən inanıram ki, Rusiya Futbol İttifaqından olan dostlarımız turnir iştirakçılarının təhlükəsizliyini ən yüksək səviyyədə təşkil edə biləcək. Odu ki, İnter`in “Birlik Kuboku”ndakı iştirakına hansısa dələduzlar mane ola bilməz”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.