14 dekabr 2010 15:38
Ferqyusson `Blackburn` rəhbərliyini axmaq adlandırdı
`Manchester United`in təcrübəli baş məşqçisi Aleks Ferqyusson, `Blackburn` rəhbərliyini axmaq adlandırıb. Azerisport.az xəbər verir ki, dünən keçirilən `Arsenal`la oyundan (1:0) sonra jurnalistlərə açıqlama verən təcrübəli mütəxəssis sözügedən klubun baş məşqçisi Sam Allardysı gözlənilmədən komandadan qovmasına çox sərt münasibət bildirib:
“Dünən saat 15:10-da mənə zəng etdi və “bu axşam çay içə bilərikmi” dedi. Sonra 16:30-da təkrar zəng etdi və “mən qovuldum” dedi. Həyatımda belə axmaq bir qərar eşitməmişəm. Onlar nə edirlər, bilmirəm”.
Qeyd edək ki, 56 yaşlı Sam Allardys dünən `Blackburn` rəhbərliyinin qərarı ilə vəzifəsindən uzaqlaşdırılıb. Səbəb kimi isə, daha böyük planlarının olduğunu açıqlayıblar. Onların hazırda Dieqo Maradona ilə danışıq apardıqları üzə çıxıb.
