14 dekabr 2010 15:46
Azərbaycan çempionunun çalışdırıcısı qələbə sözü vermədi
“Birlik Kuboku”nun bu gün keçirilən pükatma mərasimindən sonra son Azərbaycan çempionu `İnter`in baş məşqçisi Kaxaber Sxadadze nəticələr haqqında öz fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, gürcü çalışdırıcı rəqibləri belə dəyərləndirib:
“Rəqiblərin adları ilə tanış oldum. Öncə demək istəyirəm ki, rəqibləri qiymətləndirməmək olmaz. `İskra-Stal`dan başqa qrupdakı komandaların hamısı ölkə çempionlarıdır. Heç bir komanda asanlıqla çempion olmur. Düşünürəm ki, qrupda bizi gərgin və maraqlı oyunlar gözləyir. Təbii ki, məqsədimiz turnirdə daha yaxşı cıxış etməkdir”.
