14 dekabr 2010 16:09
“Lokomotiv”də yeni baş məşqçi
Rusiyanın `Lokomotiv` klubuna yeni baş məşqçi təyin olunub. Azerisport.az xəbər verir ki, bir müddət öncə istefaya göndərilən Yuri Syominin əvəzində komandanın sükanı arxasına Yuri Krasnojan gətirilib.
“Dəmiryolçular” Krasnojanla 2 illik müqaviləyə imza atıb. 47 yaşlı mütəxəssisin yeni vəzifəsinin icrasına dekabrın 20-dən başlayacağı xəbər verilir.
