14 dekabr 2010 16:48
“Bəzən əsəblər son həddə qədər gərilir və kimisə dinləmək istəmirsən”
Azərbaycan yığmasının və `Qarabağ`ın futbolçusu Əfran İsmayılov azerisport.az saytına “Zerkalo”ya müsahibəsində mövsümün yekunları haqqında danışıb. O, Rəşad Sadıqovu ən yaxşı futbolçu, Qurban Qurbanovu isə ən yaxşı məşqçi hesab edir.
- 2010-cu il başa çatır. Hamı ilin laureatlarını gözləyir. Sizin fikrinizi bilmək istərdik. Sizcə, Azərbaycanda ilin ən yaxşı futbolçusu kimdir?
- Ən yaxşı futbolçu Rəşad Sadıqovdur. O, `Qarabağ`ın lideri olub və kluba çox kömək edib. Onunla ötən çempionatını uğurla tamamladıq və Avropa Liqasında əla oynadıq. O, həmçinin Türkiyə yığmasının qapısına qol vurub. O, bir nömrəli kapitandır. Ondan yaxşı kapitan tanımıram. Sadıqov yığmada da lider keyfiyyətləri ilə seçilir. Hesab edirəm ki, o, ən yaxşıdır.
- Onun uğurunun sirri nədədir?
- Sadıqov meydanda olanda mənə oynamaq rahatdır. Yığmanın oyunları zamanı o, necə oynamaq, top saxlamaq barədə fikrini deyir. Bu oyunçular üçün çox xeyirlidir. Sadıqov kapitan rolunu uğurla icra edir. O, milli komandanın lideridir. Futbolçularla necə danışmaq lazım olduğunu bilir. Bəzən əsəblər son həddə qədər gərilir və kimisə dinləmək istəmirsən. Onda Rəşad elə bir söz deyə bilər ki, futbolçu özündə güc tapır.
- Maraqlıdır ki, bizim saytımızda sorğu gedir və lidersiniz...
- (Gülür)... Mənə səs verənlərə təşəkkür edirəm. Buna baxmayaraq dönə-dönə qeyd edirəm ki, Sadıqovu ən yaxşı hesab edirəm.
- Təəssüf ki, Premyer Liqanın birinci turunda zədələnərək indiyə qədər bərpa oluna bilməmisinz. Sizcə, niyə buna baxmayaraq niyə azarkeşlər yenə sizi seçir?
- Öz haqqımda danışmaq istəmirəm. Bu düz olmazdı. Oyundaşlarım haqda danışa bilərəm. Məni niyə seçdiklərini yəqin ki, siz yaxşı bilərsiniz.
- İkinci yerdə Rəşad Sadıqov, üçüncüdə isə Kamran Ağayev gəlir.
- Ağayev məni təəccübləndirmir. Kamran ölkənin ən yaxşı qapıçısıdır. Onun sayəsində `Xəzər-Lənkəran` az qol buraxır. Yığmada əla oynayıb. Kamran müdafiədə kömək edir və rəqib hücumçulardan qorxmur. Ona görə oxucularınızı başa düşmək olar.
- Saytımızda həmçinin 2010-cu ilin ən yaxşı komandası üçün sorğu keçirilir.
- Yəqin `Qarabağ` bu səsvermədə liderdir. Bunu, komandada çıxış etdiyimdən demirəm. Bu klub Avropa Liqasında çıxışı ilə bütün xalqı sevindirdi. Biz pley-of mərhələsinə qədər gəldik. əla oyunlar keçirdik. Bu sadəcə bir tarixdir. 2011-də yeni tarix yazmaq istərdik. `Qarabağ`ı sevməmək olmaz. Ona görə hər bir futbolçu bilir ki, burada oynamaq böyük məsuliyyətdir.
- Bəs ilin ən yaxşı məşqçisi kimdir? Qurban Qurbanov sorğuda liderdir.
- Əgər məndən soruşsaydılar, heç düşünmədən cavab verərdim - Qurban Qurbanov. O, klub üçün çox şey edib. Məhz onun köməyi ilə `Qarabağ` Avropa Liqasında uğurla oynadı. Bilirsiniz, püşk bizə Dortmund `Borussia`sını rəqib edəndə çoxları qorxurdu. Ancaq Qurbanov bizə istənilən rəqibi məğlub etməyin mümkünlüyünü deyərək komandanı ruhlandırırdı. O, sadəcə məşqçi deyil, o, gözəl insandır. Siz onunla tez-tez söhbətləşirsiniz və sözlərimə əmin ola bilərsiniz.
- Niyə oxucular Qurbanova səs verməlidirlər?
- Futbolçu kimi nailiyyətlərimə görə iki adama borcluyam - Qurban Qurbanov və Rəşad Sadıqova. Məhz Qurbanov Maksim Medvedevi, Rauf Əliyevi, məni və başqalarını tapıb. Başqaları legionerlərə etibar edəndə o, gənc oyunçulara imkan yaradırdı. Onun işini qiymətləndirməmək olmaz. Hesab edirəm ki, məşqçimiz nominasiyada birinci olacaq.
