14 dekabr 2010 16:57
Azərbaycan çempionu üçün 2 arena
2011-ci il yanvar ayının 14-dən 23-dək Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək “Birlik Kuboku”nun oyunları iki arenada baş tutacaq. Azerisport.az xəbər verir ki, iştirakçılar öz oyunlarını “Peterburq” İdman Konsert Kompleksində və “Zenit” İdman Sarayında keçirəcək.
Qeyd edək ki, sözügedən turnirdə ölkəmizi son Azərbaycan çempionu `İnter` təmsil edəcək.
