14 dekabr 2010 17:24
Homoseksualların Qətərə etirazı Blatteri qəzəbləndirdi
DÇ-2022-yə ev sahibliyi etmək hüququna yiyələnən Qətərdə homoseksuallarla bağlı xüsusi qanunun olması bu ölkəyə qarşı etiraz edənlər üçün xüsusi imkan yaradıb. Azerisport.az xəbər verir ki, məhz cinsi azlıqlara bu ölkədə xüsusi qadağaların qoyulmasından istifadə edən qüvvələrin müxtəlif yollarla mundialın Qətərdə keçirilməsinə etiraz etməsi FİFA prezidenti Zepp Blatteri kəskin açıqlamalar verməyə məcbur edib.
Bu günədək çoxları turnirin keçiriləcəyi dövrdə bu ölkədə istiliyin 50 dərəcəyə qədər çıxacağını bəhanə gətirib, müxtəlif tənqidlər səsləndirdiyi bir vaxtda indi də belə söhbətlərin ortaya atılması dünya futbol qurumunun rəhbərini sərt açıqlamalar verməyə vadar edib: “Homoseksuallar Qətərdən bu qədər çəkinirsə, dünya çempionatı zamanı cinsi fəaliyyətlə məşğul olmasınlar. Beləcə heç bir problem də olmasın”.
