14 dekabr 2010 17:38
Daha bir Premyer Liqa klubu baş məşqçisini qovur
İngiltərə Premyer Liqasında mübarizə aparan daha bir klub baş məşqçisiylə yollarını ayırmağa hazırlaşır. Azerisport.az xəbər verir ki, `West Ham` rəhbərliyi də Avram Qrantı komandadan uzaqlaşdırmaq istəyir.
İngiltərə mətbuatının yazdığına görə, vaxtilə Roman Abramoviçin `Chelsea`yə gətirdiyi bu çalışdırıcı `West Ham`in də sükanı arxasında ümidləri doğrulda bilmir. Məhz bu üzdən onunla yollarını ayırmaq istəyən klub rəhbərliyini həvəsləndirən daha bir amil isə dünən `Blackburn`dən qovulan Sam Allardysın hazırda işsiz olmasıdır. `West Ham` rəhbərliyi heç də zəif məşqçilərdən hesab olunmayan Allardysın Qrantdan daha faydalı olacağını düşünür.
