14 dekabr 2010 18:08
Elnur Allahverdiyev zirvəni əldən vermək istəmir
Milli komandamızın və `Xəzər Lənkəran`ın müdafiəçisi Elnur Allahverdiyev komandasının Premyer Liqanın zirvəsinə yüksəlməsi barədə fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında gənc futbolçu bunları dilə gətirib:
“Liderlərin öz aralarındakı oyunundan istifadə etmək istəyirdik. Daha dəqiq desək, `Neftçi`nin `Bakı`yla, AZAL-ın `İnter`lə oyunlarından. Elə bizi də `Gəncə` ilə çətin oyun gözləyirdi. Çünki ilk dövrədə uduzmuşduq deyə, revanş almaq istəyirdik. Nəticədə 3 xal qazana bildik, rəqiblərimiz isə xal itirdi. Əlbəttə, komandada əhval-ruhiyyə yüksəkdi. İstəyirik ki, çempionatın sonunadək ilk pillədəki mövqeyimizi qoruyub saxlayaq”.
