14 dekabr 2010 11:49
AFFA dekabrın 21-də rəsmən sığortalanacaq
Xəbər verdiyimiz kimi Paşa Sığorta AFFA-nın rəsmi sığortaçısı olacaq. Azerisport.az xəbər verir ki, bununla əlaqədar olaraq, dekabrın 21-də saat 12:30-da `Landmark`ın `Rotunda` zalında əvvəlcə rəsmi imzalanma, sonra isə milli komandaların ilin ən yaxşı futbolçularının mükafatlandırılma mərasimi keçiriləcək.
