14 dekabr 2010 11:54
`Muğan`ın da qış hazırlıq planları açıqlandı
Salyanın `Muğan` klubu qış təlim-məşq toplanışında Azərbaycanı tərk etməyəcək. Azerisport.az xəbər verir ki, bu haqda klubun mətbuat xidmətindən məlumat verilib.
Premyer Liqasının qış fasiləsində Salyanda və Bakıda toplanışlar keçəcək komanda bu dövr ərzində bir neçə futbolçunu transfer etməyi də planlaşdırır. Əsasən yerli gənc futbolçuları və təcrübəli legionerləri baxışdan keçirəcək `Muğan` heyətini gücləndirməyi qarşısına məqsəd qoyub.
