14 dekabr 2010 12:23
`Muğan` `Qarabağ`la oyuna tam heyətlə hazırlaşır
Premyer Liqanın ötən turunda MOİK-i məğlub edərək (1:0) ardıcıl ikinci ev oyununda qalib gələn `Muğan` `Qarabağ`la keçiriləcək növbəti oyuna yüksək əhval ruhiyyədə hazırlaşır. Azerisport.az xəbər verir ki, vacib oyun ərəfəsində Bəhmən Həsənovun yetirmələri arasında ciddi itki yoxdu.
Yalnız yüngül zədəsi olan komandanın əsas hücumçusu Anxel Qutyerresin fərdi məşqlər keçdiyi, lakin bazar günü keçirilək oyuna qədər tam sağlam olacağı bildirilir.
Qeyd edək ki, Premyer Liqanın 18-ci turunun `Qarabağ` - `Muğan` oyunu bazar günü - delabrın 19-da keçiriləcək.
