14 dekabr 2010 12:47

“Neftçi ilə oyundan sonra baş verənlər məni mənəvi cəhətdən öldürdü”

`Bakı`nın yarımmüdafiəçisi Premyer Liqanın son turunun `Neftçi` ilə oyununda üzləşdiyi qalmaqal və xoşagəlməz hadisəyə münasibətini bildirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
 
- Sizin `Neftçi` ilə oyununuzdan sonra hər kəs paltardəyişmə otağında baş verən qalmaqaldan danışır..
- Məni kim tanıyırsa, onlar da sizi inandıra bilər ki, mən necə adamam. Sülhsevərəm, heç vaxt dava-dalaş salmaram. Ancaq `Neftçi` ilə oyundan sonra baş verənlər məni mənəvi cəhətdən öldürdü. Heç vaxt təsəvvür edə bilməzdim ki, Azərbaycanda belə hadisəylə üzləşərəm.
 
- Nə baş vermişdi ki elə?
- Hər şey oyun vaxtı başladı. Oyunçular arasında toqquşma oldu, mübahisə yarandı. Çünki gərginlik kifayət qədər yüksək idi. `Neftçi`nin futbolçularından biri – nömrəsi 14 idi (Bahodir Nasimovu nəzərdə tutur - red.) – mənə sataşdı və hətta üstümə qışqıraraq, irqçi söyüşlər işlətdi.
 
- Siz bu haqda kiməsə demisizmi?
- Bəli, mən `Neftçi`nin başqa bir oyunçusuna yaxınlaşdım. Deyəsən onun da nömrəsi 25 idi (Cavid İmamverdiyev – red.). Ona dedim ki, bu şəkildə söyüş söymək olmaz. Axı hər halda mən də müsəlmanam, valideynlərimizin dini inancları var. Ancaq heç kim məni eşitmədi.
 
- Sizi oyundan sonra kim vurdu?
- Bilmirəm. Oyundan sonra mən paltardəyişmə otağına tələsirdim. Elə bu vaxt eşitdim ki, kimsə məni `neqer` deyə çağırdı. Ona doğru dönəndə sifətimdən zərbə aldım. Onun əllərini tutmaq istəyəndə təpiklə ayaqlarıma zərbə vurdu. Çətin ki, `İnter`ə qarşı oyunda iştirak edə bilim. Əgər məni orda vururlarsa, niyə mən ora gedim, niyə orda qalmalıyam?
 
- `Neftçi`də artıq günahkarı axtarırlar.
- Sağ olsun `Bakı`nın prezidenti Hafiz Məmmədov. O, oyundan dərhal sonra mənə söz verdi ki, həmin şəxs mütləq cəzalandırılacaq. Nəyə görə məni vurdular, heç özüm də bilmirəm. Ola bilər ki, həmin adamın qaradərililərlə problemi varmış.
 
- Həkimlər nə dedilər?
- Hələlik bilmirəm. Sağ olsun, hər kəs belə bir vaxtımda mənə dəstək olur. Belə vəziyyətdə adam hər şeyi buraxıb, ölkədən getmək istəyir. Ancaq nə vaxtsa yanında yaxşı insanları görürsən, fikrini dərhal dəyişməli olursan.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.