14 dekabr 2010 00:44
“Azərbaycan 5 yarımmüdafiəçi ilə oynadığı üçün tez-tez təhlükə yarada bilirdi”
Qətərin U-23 komandası ilə 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması arasında keçirilmiş yoldaşlıq oyunundan sonra Qətər yığmasının baş məşqçisi Ko Adrianse matçla bağlı fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, meydan sahiblərinin çalışdırıcısı AFFA-nın rəsmi saytına açıqlamasında bunları söyləyib:
“Azərbaycan yığması oyuna çox yaxşı başladı. Rəqibimiz beş yarımmüdafiəçi ilə oynadığı üçün qapımız qarşısında tez-tez təhlükə yarada bilirdi. Buna cinah müdafiəçilərimizin zəif oyunu da şərait yaradırdı. İkinci hissədə müdafiəçilərimiz daha fəal oynamağa başladı və bu dəfə biz yarımmüdafiədə üstünlük əldə edərək rəqibin əks-hücum qurmasına imkan vermədik”.
