14 dekabr 2010 00:51
Millimizin baş məşqçisindən etiraf: Fiziki cəhətdən hazır deyildik
Qətərin U-23 komandası ilə 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması arasında keçirilmiş yoldaşlıq oyunundan sonra yığmamızın baş məşqçisi Bernhard Lippert matçla bağlı fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, almaniyalı çalışdırıcı komandamızın məğlubiyyətini belə şərh edib:
“İlk iyirmi dəqiqə istisna olmaqla oyundan razı qalmadım. Futbolçularımız fiziki cəhətdən hazır deyildi. Bu da ikinci hissədə tez-tez konsentrasiyanın itməsinə və yersiz top itkilərinə səbəb olurdu. Bir neçə futbolçumuz bizimlə olmadığından, komandadaxili rəqabət də istənilən səviyyədə deyildi. Qapımıza təyin olunan penalti haqsız olsa belə, Qətər yığmasının layiqli qələbə qazandığını düşünürəm. Qarşılaşdığımız komandanın Qətərin U-23 yığması olduğunu da qeyd etmək lazımdır”.
