15 dekabr 2010 01:19
Uels millisində yeni baş məşqçi
Xeyli vaxtdır başsız qalan Uels yığmasının yeni baş məşqçisinin kimliyi müəyyənləşib. Azerisport.az xəbər verir ki, Britaniya təmsilçisinin keçmiş kapitanı Harri Spid milli komandanın baş məşqçisi vəzifəsinə gəlməyə razılıq verib.
O, bu təyinatdan sonrakı açıqlamasında çox maraqlı ifadə işlədib: “Səni ölkənin millisinə çağıranda imtina etmək çox çətindir”. Spidlə müqavilə üç il yarım müddətinə nəzərdə tutulub.
Qeyd edək ki, ölkəsindən aldığı dəvət nəticəsində o, `Sheffield United`in baş məşqçi vəzifəsindən imtina etməli olub. Uels millisində isə 2010-cu ilin sentyabrında Con Toşakın baş məşqçi vəzifəsindən getməsi nəticəsində müvafiq post vakant qalmışdı.
