15 dekabr 2010 13:28

Millimiz FİFA reytinqindəki mövqeyini əldən verdi

FİFA dünya yığmalarının növbəti reytinq cədvəlini açıqlayıb. Azerisport.az xəbər verir ki, Azərbaycan millisi bu dəfə 8 pillə geriləyərək, 98-ci sırada qərarlaşıb.
 
Komandamızın indiyə qədər rekord hesab olunan 90-cı pillədəki mövqeyini əldən verməsinə hesabından 38 xalın silinməsi səbəb olub. Hazırda Berti Foqtsun çalışdırdığı millimizin hesabında 343 xal var.
 
AÇ-2012-nin seçmə mərhələsindəki rəqiblərimizə gəlincə, Almaniya 1 pillə irəliləyərək, 1485 xalla 3-cü sıraya yüksəlib. Yoahim Lövün komandası 1 pillə geriləyən Braziliyanı qabaqlayıb. Digər rəqiblərimizdəb Avstriya və Belçika da irəliləyib. Avstriyalıları 3 pillə irəliləyərək, 569 xalla 46-cı olubsa, belçikalılar da 5 pillə önə keçib və hazırda 526 xalla 57-cidi. Digər iki rəqibimiz isə komandamız kimi geriləyib. Türkiyə 2 pillə geriləyib və 741 xalla 31-ci pillədədi. Qazaxıstan isə 1 pillə geriləyib, 154 xalla 138-cidi.
 
Bütövlükdə isə, siyahıya son dünya çempionları İspaniya başçılıq edir (1887 xalla). 1723 xala malik Hollandiya isə ikincidi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.