15 dekabr 2010 13:43
Berti Foqts millimiz üçün İsveçdən futbolçu tapıb
Azərbaycan millisinin baş məşqçisi Berti Foqts bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, AFFA ölkədən kənarda yaşayan azərbaycanlı futbolçularla bağlı axtarışlarını davam etdirir. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis İsveçdə də futbolçu tapdıqlarını açıqlayıb:
“Biz daha bir oyunçu tapmışıq. O, İsveçin gənclərdən ibarət millisində forma geyib. Amma Bakıda doğulub. Biz onunla danışacağıq. Əgər qrup mərhələsini adlamaq, finala çıxmaq istəyiriksə, belə axtarışlarımızı davam etdirməliyik”.
