15 dekabr 2010 14:03
Foqts Əfran İsmayılovu ilin ən bəxtsiz futbolçusu adlandırdı
Azərbaycan yığma komandasının baş məşqçisi Berti Foqts `Qarabağ`ın yarımmüdafiəçisi Əfran İsmayılovu ilin ən bəxtsiz futbolçusu adlandırıb. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis bu gün keçirilən mətbuat konfransında bu haqda aşağıdakı fikirləri səsləndirib:
“Mənə elə gəlir ki, Əfran ilin ən bəxtsiz futbolçusu oldu. O, sadə oğlandı, hər dəfə Bakıya gələndə çalışıram onunla görüşüm. Bu il onun özünü tam şəkildə göstərməsinə zədəsi mane oldu. Amma ümid edirəm ki, növbəti ildən o, hər şeyə yenidən başlamaqla, əvvəlki formasını bərpa edə biləcək”.
