15 dekabr 2010 14:14
`Neftçi` `Gəncə` ilə oyuna tam heyətlə hazırlaşa bilmir
`Neftçi` Premyer Liqanın növbəti turunda qarşılaşacağı `Gəncə` ilə oyunun hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, komanda üzvləri gündə bir dəfə olmaqla məşq keçirlər.
Milli komandaya dəvət olunmuş 6, U-21 yığmasına çağırılmış 4 futbolçu ilə yanaşı, zədəlilər - Flavinyo, Alessandro Viana da Silva və Paulius Qribauskas da hazırlıqdan kənarda qalıblar.
Lakin futbolçuların bu gün səhər saatlarında klubun bazasındakı meydançada keçdiyi məşqdə 21 yaşadək yığma komandanın düşərgəsindən qayıtmış oyunçular da iştirak ediblər. Milli komandanın heyətindəki 6 futbolçu isə sabahdan etibarən `Neftçi`nin məşqinə qatılacaqlar.
Qeyd edək ki, dekabrın 18-də keçiriləcək `Gəncə` - `Neftçi` oyunu saat 14:00-da başlayacaq.
