15 dekabr 2010 14:27
Aqil Nəbiyev AZAL-ın məşqlərindən kənar qalıb
Premyer Liqanın son turunda `İnter`lə oyunda ayağından ciddi zədə alan AZAL-ın kapitanı Aqil Nəbiyev hələ də məşqlərə çıxmır. Azerisport.az xəbər verir ki, zədə səbəbindən milli komandanın təlim-məşq toplanışına da qatıla bilməyən təcrübəli futbolçu müalicəsini davam etdirir.
Həkimlər onun iki gündən sonra fərdi məşqlərə başlaya biləcəyini bildirirlər. Ona görə də Aqilin Premyer Liqanın növbəti turunda meydançaya çıxması sual altına düşüb.
