15 dekabr 2010 01:46
Avroliqa oyunu öncəsi yunan azarkeşlər Xorvatiyada xəstəxanalıq oldu
UEFA Avropa Liqasının qrup mərhələsinin sonuncu – 6-cı turunun bu gün keçiriləcək Zaqreb `Dinamo`su ilə PAOK arasındakı oyun öncəsi böyük qalmaqal yaranıb. Azerisport.az xəbər verir ki, Xorvatiyada keçiriləcək oyun öncəsi bu ölkəyə təşrif buyuran yunan tərəfdarları daşıyan avtobus yerli azarkeşlər tərəfindən hücuma məruz qalıb.
Xorvatiyalı fanatların bu dələduzluğu nəticəsində azrkeşləri daşıyan avtobus tamamilə sıradan çıxıb. Ən önəmlisi isə atılan daşlar 11 PAOK tərəfdarının müxtəlif dərəcəli bədən xəsarəti almasıyla nəticələnib. Həmin yaralılar hadisə yerinə gələn polislər və həkimlər tərəfindən dərhal xəstəxanaya çatdırılıb.
Verilən məlumata görə, polislər hələlik hadisədə günahkar bilinən 5 nəfəri saxlayıb, digər günahkarların da tezliklə ələ keçiriləcəyinə söz verib. Qeyd edək ki, xorvatiyalılar məhz belə xoşagəlməz olayların baş verməməsi üçün qonaq komandanın azarkeşlərini Zaqrebdəki qarşılaşmaya gəlməmələri üçün xəbərdar etmişdi. Lakin onlar bu xəbərdarlıqlara əhəmiyyət verməyincə, belə olaylar yaşanıb.
