15 dekabr 2010 02:00

Kazbek Tuayev: `İnter` heç kimə lazım olmayan turnirdə iştirak edəcək

AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev azerisport.az və “Zerkalo”ya müsahibəsində son ölkə çempionu `İnter`in “Birlik Kuboku”ndakı perspektivlərindən danışıb.
 
- “Birlik Kuboku”nda bizi Moldova `İskra-Stal`ı, Qırğızıstan `Neftçi`si və Tacikistan `İstiklol`u ilə qarşılaşdıracaq püşkü necə qiymətləndirirsiniz?
- Amma lap dəqiqi, bu, nə `Barcelona`, `Manchester United` və nə də “Inter” deyil. Yəni Milan `Inter`i. “İnter”ə uğurlar arzulayıram. Bakı “İnter”inə. Qoy heç olmasa normal çıxış etsinlər. Püşkün nəticələri çox yaxşıdır. Ən azı, keçiləsi qrupdur.
 
- Bu komandalar haqda nə isə bilirsiniz?
- Heç nə. Ümumiyyətlə onlar haqda ilk dəfə eşidirəm. Odur ki, sizə dolğun heç nə deyə bilmərəm.
 
- Hesab etmirsiniz ki, bu qrupdan biz gözü bağlı çıxmalıyıq?
- Bilmirəm, bizim çempion gözü necə oradan çıxmağa hazırlaşır. Ancaq belə komandaları asanca keçmək lazımdır. Baxmayaraq ki, son vaxtlar `İnter` hətta Premyer Liqada özündən heç nə təsəvvür etdirmir.
 
- Adətən bu turnirdə iştirak edən Azərbaycan klubu mövsümün ikinci hissəsində pis çıxış edir. Bu dəfəki təmsilçimiz bununla qarşılaşmayacaq?
- Futbolda qanunauyğunluqlar olmur. Təsadüflər isə mümkündür. Bütün amilləri nəzərə alsaq bu variant mümkündür. Çox şey sonrakı hazırlıqdan asılıdır.
 
- Yəqin ki, Premyer Liqada işlərin pisləşməsi komanda üçün yerinə düşməyəcək...
- Əlbəttə, çətin olacaq. Xüsusən nəzərə alsaq ki, `İnter` heç kimə lazım olmayan turnirdə iştirak edəcək. “Birlik kuboku”nun keçirilməsində sadəcə heç bir məna qalmayıb. Turnirin Moskvadan Sankt-Peterburqa keçirilməsi buna əyani sübutdur. Bu turnirin hətta idman marağı da qalmayıb. Hamı az qala üçüncü heyətləri göndərməyə başlayıb.
 
- Bu, o deməkdir ki, bizim təmsilçimizin turniri qazanmaq şansı daha çox olacaq?
- Yaxşı, qazansınlar, nə olsun? Axı bu heç kimə lazım deyil. Bu turnirdə hətta məqsədlər qoymağın mənası yoxdur. Heç olmasa utansınlar.
 
-  Rusiyanın özündə bu turnirə maraq qalıb?
- Mənim qonşu ölkədə kifayət qədər dostlarım var və sizə əminliklə yox deyə bilərəm! Hətta tanış jurnalistlər “Birlik Kuboku” haqda yazmaq istəmirlər. Onu böyük ehtimalla FIFA və UEFA tərəfindən tanındığı üçün keçirirlər.
 
- Bəs niyə bizim klublar buna belə ciddi yanaşırlar?
- Bizimkilər heç olmasa haradasa özlərini göstərmək istəyirlər. Bizim başqa heç nəyimiz yoxdur. Biz başqa heç yerdə belə qiymətləndirilə bilmərik. Hətta turnirin keçirilmə fəsli də aydın deyil.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.