15 dekabr 2010 01:57
`Xəzər Lənkəran`ın futbolçusu ata oldu
`Xəzər Lənkəran`ın futbolçusu ata olub. Azerisport.az xəbər verir ki, cənub təmsilçisinin albaniyalı müdafiəçisi Elvin Beqirinin övladı dünyaya gəlib. “Ağ-yaşıllar”ın heyətində bu ilin əvvəlindən çıxış etməyə başlayan təcrübəli futbolçu oğul atası olub.
