15 dekabr 2010 15:28

“Biz çempionatın ən güclü müdafiə xəttlərindən birinə sahibik”

`Qəbələ`nin baş məşqçisi Toni Adamsın əsas köməkçisi Qari Stivens ənənəvi olaraq klubun rəsmi saytına açıqlamasında son komandanın son oyununu analiz edib. Azerisport.az xəbər verir ki, əcnəbi mütəxəssis bölgə təmsilçisinin son turda `Turan` üzərindəki qələbəsi haqda bunları dilə gətirib:
 
“Azərbaycan Premyer Liqasında 12 komanda olduğu üçün hər bir komanda nadir hallarda həftə ərzində birdən çox matça çıxır. Ötən həftə isə biz 8  gün içərisində üç oyun oynadıq. 4 dekabrda MOİK-lə səfərdə, 8 dekabrda `Neftçi` İSM və 11 dekabrda `Turan`a qarşı evdə ardıcıl üç oyun keçirdik ki, bu da bizim çempionat üçün biraz qeyri adi hal idi. Oyunlar arasındakı fasilədə futbolçuların dincəlməsi və bərpası son dərəcə əhəmiyyətlidir. Belə ki, məşq vaxtı yüksək səviyyədə iş görmək və futbolçuları növbəti matça yaxşı vəziyyətdə çıxarmaq üçün bu faktor vacibdir. Biz çox geniş heyətə sahib deyilik. Mövsümün əvvəlindən etibarən təxminən 20 nəfərlik heyətin xidmətindən yararlanırıq. Zədəlilərin çox olması halında isə əvəzedici  heyətdən futbolçuları oynadırıq”.
 
Stivens daha sonra rəqib komandanın onlarla müqayisədə daha çox istirahət imkanına malik olmasını da önə çəkib: “Turan` üzərində 1:0 hesabıyla qələbə qazandığımız oyun (hərçənd 3 xal almağımızda şansımızın da köməyi az deyildi) 8 günlük gərgin periodun sonu idi. `Turan` həftənin ortasında ölkə kubokunda `Qarabağ` üzərində  parlaq qələbə qazanmışdı. Biz isə kubokda `Neftçi` İSM-ə qalib gəlmişdik. Ancaq `Turan` kubok oyununu bizdən bir gün əvvəl oynadığı üçün daha enerjili tərəf idi və 90 dəqiqəni daha diri başa vuran tərəf də onlar oldu. Bizim orta xəttimizdəki 3 oyunçu `Turan`ın orta sahəsi ilə mübarizədə biraz geri qaldılar. Matç davam edərkən oyunçulara tapşırıq göndərmək hər zaman asan olmur. Bizim  orta xəttimiz `Turan`ın yaxşı təşkil edilmiş orta sahəsi ilə təkbətək oynamağa özləri qərar verdilər”.
 
“Biz çempionatın ən güclü müdafiə xəttlərindən birinə sahibik. Belə ki, 17 matçda 7 qol buraxılıb. Ancaq buna baxmayaraq hücumda bu qədər məhsuldar olduğumuzu söyləmək mümkün deyil. Vurulan 17 qolun 12-i standart vəziyyətlərdən (künc zərbələri, cərimə zərbələri və 11 metrlik cərimə zərbəsi) sonra qeydə alınıb. Əslində bu da məşqlərdə oyunçularımızın hərəkəti və topu qəbul etməsi üzərində gördüyümüz işlərin bəhrəsidir”, deyə Adamsın köməkçisi vurğulayıb.
 
`Qəbələ`nin məşqçisi sonda Premyer Liqadakı qış fasiləsinə kimi keçirəcəkləri son iki oyunla da bağlı fikirlərini bölüşüb: “Biz çempionatın fasiləsinə qədər iki önəmli matça çıxmalıyıq. Bazar günü (19 dekabr) AZAL ilə Bakıda oynayacağıq. Qəbələdəki matçda qolsuz bərabərlik qeydə alınmışdı. Daha sonra isə Bakıda 1:2 uduzduğumuz `Bakı`yla da Qəbələdə qarşılaçacağıq. Bu iki matçdan sonra da biz məğlubedilməzlik seriyamızı qoruya bilsək əla olar. Təbii ki, məqsədimiz də məhz budur. Biz mütləq `Turan` oyunundakı performansımızdan daha yaxşısını göstərməliyik ki, buna da qadirik”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.