15 dekabr 2010 15:39
Foqtsun millimizə cəlb etmək istədiyi isveçli futbolçu (FOTO)
Azerisport.az Azərbaycan millisinin yeni üzvü olmağa namizəd Jiloan Hamadı təqdim edir. Qeyd edək ki, baş məşqçi Berti Foqts bu gün İsveçdə yaşayan bir həmyerlimizi əsas komandamıza dəvət etməyə hazırlaşdıqlarını bildirib.
Həmin futbolçu da məhz 1990-cı ilin 6 noyabr tarixində anadan olan Jiloan Hamaddır. Hazırda `Malmö`də çıxış edən bu futbolçu cinah yarımmüdafiəçisi mövqeyində oynayır. İndiyədək İsveçin gənclərdən ibarət millisində 11 matça çıxıb və 1 qola imza atıb.
