15 dekabr 2010 15:59
Millimizin üzvü “Xəzər Universiteti”ndə
`Neftçi`nin və Azərbaycan milli komandasının şərəfini qoruyan müdafiəçi Ruslan Abışov bu gün `Xəzər Universiteti`nin tələbələri ilə görüşüb. Azerisport.az xəbər verir ki, tədbirdə Ruslan Abışov öz tələbəlik illərindən geniş söhbət açıb.
O, həmçinin tələbələrə təhsil sahəsində uğur arzulamağı da yaddan çıxarmayıb. Ruslan Abışov ali təhsil ocaqlarında oxuyan bütün gəncləri idmanla fəal məşğul olmağa dəvət edib. Sonra gənc müdafiəçi tələbələrin çoxsaylı suallarını cavablandırıb. Tədbirin sonunda Ruslan Abışov tələbələrlə xatirə şəkli çəkdirib.
