15 dekabr 2010 16:28

Berti Foqts: Təəssüf ki, buna hamı riayət etmir

Bu gün Aeroport oteldə təşkil olunan mətbuat konfransında Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts millinin təlim-məşq toplanışı barədə fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, almaniyalı məşqçi komandamızın hazırlıq prosesi barədə bunları dilə gətirib:
 
“Təlim-məşq toplanışının əsas məqsədi son həftələrdə diqqətimi cəlb edən gənc oyunçulara şans verərək, özlərini göstərmələrinə şərait yaratmaqdır. Bundan əlavə, ölkə xaricində çıxış edən azərbaycanlı futbolçuların nəyə qadir olduqlarını nəzərdən keçirirəm. Təkcə Azərbaycanda yox, ölkə xaricində də azərbaycanlı futbolçuların axtarışını davam etdiririk. Toplanışa dəvət olunan futbolçulara karyeralarını inkişaf etdirmələri üçün kömək etməliyik. Hər bir futbolçu klubda və yığmada keçirilən məşqlər arasında fərqi görür. Onlar millidə beynəlxalq səviyyədə məşq edirlər. Yığmaya cəlb olunan yeni futbolçular belə hazırlıq keçməyə indi-indi öyrəşirlər”.
 
Millimizin çalışdırıcısı futbolçuların hazırlıq səviyyəsindən də danışıb: “Bu oyunçuların məşqlərdə necə görünmələrindən razıyam. Görünür, yığmanın heyətində onlar özlərini Premyer Liqa oyunlarından yaxşı göstərirlər.İstəyirik ki, klublar da məşqləri Avropa standartları ilə keçsinlər. Təəssüf ki, buna hamı riayət etmir”.
 
Foqts bəzi məşqçilərin onun təlim-məşq toplanışlarından narazı qalması haqda deyilənlərə də münasibət bildirib: “Məşqçilərdən heç kim mənə narazı olduğunu deməyib. Yaxınlarda Qurban Qurbanovla görüşdüm və o, mənə heç nə demədi. Düşünmürəm ki, bu təlim-məşq toplanışı da klubların hazırlığına təsir etsin”.
 
Almaniyalı mütəxəssis öz iş planlarından da danışıb: “Ümumiyyətlə mənə yığmanın toplanışlarına oyuna 2-3 gün qalmış gəlmək rahat olardı; məşqləri keçirmək, uşaqları oyuna buraxmaq və evə qayıtmaq. Amma bunu mən artıq normal iş hesab etmirəm, mən işləmək istəyirəm. Ümumiyyətlə, hesab edirəm ki, komandaya daha çox toplanış lazımdır. Milli komandaya daha çox gənc oyunçu cəlb etmək lazımdır. Axı biz AÇ-2016-nın final turnirinə düşmək istəyirik. Özü də orada 24 komanda iştirak edəcək”.
 
 “Oyunçular yorulur? Lazım olsa onlar sutkada 24 saata qədər işləməlidirlər. Onlara rəhmi gəlmək lazım deyil, onlar yazıq deyil. Həmin Rauf Əliyev heç də həmişə `Qarabağ`da 90 dəqiqə oynamır. Komandalarımız avrokuboklara qatılmaqla məşğul deyil, çoxu hətta ölkə kubokundan kənarda qalıb. Ona görə də sizə məsləhət görürəm - futbolçulara rəhminiz gəlməsin”, deyə Foqts öyüd verib.
 
Sonda almaniyalı mütəxəssis hazırkı seçmə mərhələylə də bağlı fikir bildirib: “Düşünürəm ki, AÇ-2012 turnirində biz hələ bir neçə sürpriz edəcəyik”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.