15 dekabr 2010 16:41
Xalidu Sissoko: Liderlik məmim qanımdadır
Bir müddət zədə səbəbindən meydanlardan kənar qalan `Bakı`nın qapıçısı Xalidu Sissokonun qayıdışı uğurlu alındı. Azerisport.az xəbər verir ki, seneqallı qolkiper son 2 oyunda çərçivədəki yerini inamla qoruyur. Məhz bununla əlaqədar Sissoko klubun rəsmi saytına açıqlama verib:
“Uzun müddət idi ki, oynamırdım. Buna görə də bir qədər məyus olmuşdum. Liderlik mənim qanımdadır. Meydanda olduğum zaman oyunu öz üzərimə götürməyi xoşlayıram. Son iki oyunda əsas heyətdə meydana çıxmağım özünə inam hissimi artırıb. `Neftçi` ilə oyuna bizim üçün yeni mərhələnin başlanğıcı kimi baxıram. Bu həftə daha bir iddialı klub olan `İnter`lə qarşılaşacağıq. `Neftçi` ilə oyunda olduğu kimi oynasaq, mütləq qalib gələcəyik. İlkin mərhələdə əsas məqsədimiz “altıliğ”a düşməkdir”.
