15 dekabr 2010 16:49
Popoviç növbəti ildən milli komandanın daimi üzvü olmaq istəyir
Birinci divizionda çıxış edən `Abşeron`un qapıçısı Andrey Popoviç futbol üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Berti Foqtsun qısamüddətli təlim-məşq toplanışına çağırışını şərh edib:
Azerisport.az xəbər verir ki, gənc futbolçu açıqlamasında bunları vurğulayıb:
“Yığmada güclü qapıçılarımız var. Ancaq bir çox futbolçuların yoxluğuna baxmayaraq, hətta bu çağırışa da şadam. Mənə göstərilən bu etimadı doğrultmağa çalışacağam. Növbəti il tez-tez milli komandaya çağırışa düşməyə cəhd edəcəyəm”.
