15 dekabr 2010 17:06
`Qəbələ` Terrini vətəninə göndərdi
Futbol üzrə Azərbaycan çempionatının 15-ci turunda `Neftçi` ilə oyunda zədələnən `Qəbələ`nin futbolçusu Terri Kuk əməliyyat oluna bilər. Azerisport.az xəbər verir ki, bununla əlaqədar 34 yaşlı futbolçu tibbi müayinədən keçmək üçün vətəninə yollanıb.
Onun yalnız bundan sonra əməliyyata ehtiyac qalıb-qalmayacağına aydınlıq gələcək. Bütün hallarda ingilis bu il komandasına kömək edə bilməyəcək.
